• Bakı 22° C

    2.99 m/s

Azərbaycan Prezidenti: "Qardaşlığımız sözdə deyil, əməldədir"

SİYASƏT

11 Oktyabr 2022 | 22:36 | Müəllif: Subhan Mahmudov

Azərbaycan Prezidenti: "Qardaşlığımız sözdə deyil, əməldədir"

"Bu gün mən Qırğız torpağında bir daha görürəm ki, qardaşlığımız sözdə deyil, əməldədir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılış mərasimində deyib.

“Qırğızıstan Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq artıq reallıqdır və biz hər gün bu tərəfdaşlığı yeni məzmunla zənginləşdiririk. Mənim Qırğızıstana səfərimin birinci günü burada, Qırğızıstan paytaxtının bu yeni mənzərəli guşəsində başa çatır. Onu da deməliyəm ki, bu gün Bakı və Bişkek qardaşlaşmış şəhərlər oldular.

Yəni, bizim xalqların qardaşlığı şəhərlərimiz arasında qardaşlaşmaya da transformasiya edir. Əminəm ki, bu gözəl ənənə yaşayacaq, Qırğızıstan və Azərbaycanın bir çox şəhərləri qardaşlaşacaq”, - deyə Prezident əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026