Azərbaycan tərəfindən TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində əlavə vəsait köçürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısında deyib.
O qeyd edib ki, Azərbaycan TDT-nin beynəlxalq nüfuzunun daha da artırılması məqsədilə Təşkilatın Katibliyinin funksionallığının gücləndirilməsi, onun kadr potensialının artırılmasına tərəfdardır və bu çərçivədə konkret təkliflərlə çıxış edib:
"Təşkilatımızın işinə töhfə vermək və eləcə də Katibliyin büdcəsinin artırılması məsələsində əlavə stimul yaratmaq məqsədilə Azərbaycan tərəfindən TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində əlavə vəsait köçürülüb".