• Bakı 14° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Hikmət Hacıyev Londonda Britaniyanın dövlət naziri ilə görüşdü

SİYASƏT

05 Noyabr 2025 | 17:25

Hikmət Hacıyev Londonda Britaniyanın dövlət naziri ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Douhti ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev sosial mediada paylaşım edib.

Bildirilib ki, görüş strateji tərəfdaşlıq ruhunda keçib.

Tərəflər əlaqələrin nəqliyyat, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma, təhsil, müdafiə və hərbi əməkdaşlıq kimi yeni istiqamətlərdə genişləndirilməsi və dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Hikmət Hacıyev həmçinin bu axşam keçiriləcək oyunda “Qarabağ” və “Çelsi” komandalarına uğurlar arzulayıb.


SON XƏBƏRLƏR