• Bakı 12° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Mikayıl Cabbarov Oleq Korobçenko ilə görüşdü

SİYASƏT

05 Dekabr 2025 | 14:15

Mikayıl Cabbarov Oleq Korobçenko ilə görüşdü

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstan Respublikası Baş nazirinin müavini Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

"Tatarıstan Respublikası baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq.

Ticarət, sənaye, energetika, rəqəmsallaşma, turizm, KOB və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində perspektivləri müzakirə etdik.

Birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər, nəqliyyat vasitələrinin istehsalı layihəsi üzrə əldə edilən nəticələr və digər həyata keçirilən təşəbbüsləri dəyərləndirdik", - paylaşımda bildirilib.


SON XƏBƏRLƏR

04 Dekabr 2025