• Bakı 13° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

"Azərbaycanın Qarabağ zəfərini ölkəmiz də qürurla qeyd edir"

SİYASƏT

05 Noyabr 2025 | 22:54

Azərbaycanın Qarabağ zəfərini ölkəmiz də qürurla qeyd edir

Qəhrəman Azərbaycan Ordusunun 5 il öncə qazandığı şanlı Qarabağ zəfərini Türkiyə də qürurla qeyd edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu həmin ölkənin milli müdafiə naziri Yaşar Gülər deyib.

"Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür. İki ölkə arasındakı qardaşlıq köklü keçmişin mirası ilə bu günümüzü anlamlı tutmaqda, eyni zamanda gələcəyimizə dair birliyimizi təsdiqləməkdədir".

Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında daimi sülhün yaranması üçün atılan addımlar Qafqazda təhlükəsizlik və sabitliyin inkişafı üçün mühüm fürsətdir: "Azərbaycan və Ermənistan arasında daimi sülhün yaranması istiqamətində son vaxtlar atılan addımları məmnuniyyətlə qarşılayırıq. Bu addımlar Qafqaz regionunda təhlükəsizlik və sabitlik, inkişaf üçün mühüm fürsətdir. Türkiyə olaraq hər şərtlərdə Azərbaycanla həmrəylikdə olmağa davam edirik. Bölgəmizdə sülhün və sabitliyin davamlılığı istiqamətində fəaliyyətimiz hər zaman birlikdə davam edəcək"./Report


SON XƏBƏRLƏR

05 Noyabr 2025