• Bakı 26° C

    9.1 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Azərbaycan və Amerika arasında yeni mərhələyə qədəm qoyuldu - Spiker

SİYASƏT

09 Sentyabr 2025 | 11:17

Azərbaycan və Amerika arasında yeni mərhələyə qədəm qoyuldu - Spiker

"Azərbaycan Prezidentinin  Amerikaya tarixi səfəri Heydər ƏIiyevin ümumilli siyasi kursunun davamlarından biridir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiya çərçivəsində bu gün keçirilən xüsusi iclasında sədr Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, bu səfərin "Konstitusiya və Suverenlik ili"ndə baş verməsi tarixi əhəmiyyət daşıyır.

"Ölkəmizə qarşı müxtəlif iftira ilə sülh prosesinə müdaxilə etməklə törədilən təxribatlar dəf edildi. Ermənistanla anlaşmanın imzalanması ölkəmiz və bütün Cənubi Qafqaz üçün sülh və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açır".

S.Qafarova söyləyib ki, Zəngəzur dəhlizinin reallığa çevrilməsi də əhəmiyyət daşıyır:

"Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat dəhlizinə yeni imkanlar gətirəcək. Vaşinqton anlaşmaları həlledici mahiyyətdədir, Qeyd edim ki, bəyənnamə ictimaiyyət tərəfindən də təsdiqləndi. Artıq ATƏT-in Minsk qrupu ləğv olunub. İnanırıq ki, təklif olunan dəyişikliklər ediləcək, Ermənistan konstitusiyasına düzəliş olunduqdan sonra sülh sazişi imzalanacaq".

"Vaşinqtonda imzalanmış birgə bəyənnamə Azərbaycanın irəli sürdüyü hər iki şərtin qəbul edilməsidir"

Spiker bildirib ki, Vaşinqton razılaşması dönüş nöqtəsidir.

"İkitərəfli münasibətlər kontekstində dəyərləndirdikdə Azərbaycan və Amerika arasında keyfiyyətcə yeni mərhələyə qədəm qoyuldu".

Mina Mikayılova


SON XƏBƏRLƏR