• Bakı 19° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Azərbaycanda bu imtahan pullu olacaq

CƏMİYYƏT

25 Iyun 2024 | 11:55 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda bu imtahan pullu olacaq

Azərbaycanda peşəkar mühasib sertifikatının verilməsinə görə imtahan üçün ödəniş müəyyən olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mühasibat uçotu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, imtahanda iştirak ödənişli olacaq. İmtahanda iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Günel Abbas


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR