• Bakı 20° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Azərbaycanda dəhşətli qəza - ÖLƏN VAR

HADİSƏ

21 Sentyabr 2022 | 17:16

Azərbaycanda dəhşətli qəza - ÖLƏN VAR

Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Zaqatala sakini 39 yaşlı Mustafa Süleymanovun idarə etdiyi “Opel" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb, daha sonra fındıq bağına aşıb.

Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü M. Süleymanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR