• Bakı 27° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Texnikamız atəşə tutuldu - FOTO

HADİSƏ

21 Oktyabr 2022 | 10:45

Texnikamız atəşə tutuldu - FOTO

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-si gecə saatlarında Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Zəylik və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Xəbərə görə, bundan əlavə Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində bölmələrimizə təminat daşıyan 1 ədəd KamAZ markalı avtomobil də Ermənistan hərbi bölmələri tərəfindən atəşə məruz qalıb.
Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb.


Texnikamız atəşə tutuldu - FOTOTexnikamız atəşə tutuldu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026