• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bakıda dəhşətli qəza - Ölən və xəsarət alanlar var

HADİSƏ

19 Noyabr 2022 | 13:43

Bakıda dəhşətli qəza - Ölən və xəsarət alanlar var

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli Bakıvaxtı.az-a bildirib ki, hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb. Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

"Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları barədə əlavə məlumat veriləcək", deyə Araz Əsgərli əlavə edib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR