• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakıda DƏHŞƏT: Üç nəfər BIÇAQLANDI, ölən var

HADİSƏ

19 Dekabr 2022 | 08:37 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda DƏHŞƏT: Üç nəfər BIÇAQLANDI, ölən var

Bakıda qətl hadisəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, dekabrın 19-da saat 1 radələrində Xətai rayonu ərazisində 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Onlardan biri 2004-cü il təvəllüdlü Nemət Həsənov ölüb.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilir.

Baş Prokurorluqdan isə bildirilib ki, üç nəfərin bıçaqlanması və bir nəfərin ölümü ilə bağlı cinayət işi açılıb.

Qeyd olunub ki, dekabrın 18-də, saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 2004-ci il təvəllüdlü Nemət Həsənovun öldürülməsi, hadisə yerində olan daha 2 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hazırda iş üzrə istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR