• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Narkotacirdən 8 kq narkotik götürüldü - VİDEO

HADİSƏ

17 Yanvar 2023 | 14:55

Narkotacirdən 8 kq narkotik götürüldü - VİDEO

Pirallahıda narkotiklərin satışını həyata keçirən narkotacirdən 8 kiloqram heroin, marixuana və 220 ədəd prixotrop tərkibli həb aşkar edilib.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat həyata keçirilib. Tədbir nəticəsində əvvəllər də eyni qanunsuz əməllər etdiyi üçün məhkum olunmuş Salman Usmanov tutularaq istintaqa təqdim edilib. Onun əlindəki bağlamadan 5 kiloqram marixuana, 3 kiloqram heroin, həmçinin psixotrop tərkibli 160 ədəd fenozepen və 60 ədəd tramadol həbi aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə tanımadığı xarici ölkə vətəndaşından onlayn yolla Pirallahı rayonu və paytaxtın digər ərazilərində satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı toplanan materiallar Pirallahı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Salman Usmanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Pirallahı rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.


Narkotacirdən 8 kq narkotik götürüldü - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026