Bakı şəhəri, Pirallahı rayonu ərazisində yaşayan 34 yaşlı Çinarə Barışova yanvarın 20-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102-Zəng Mərkəzi”nə, həmçinin Pirallahı Rayon Polis İdarəsinə (012) 457-02-02 şəhər və (050) 670-08-06 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
***
Bakıda 56 yaşlı kişi itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 185-da yaşayan 1967-ci il təvəllüdlü Cəfərli Murad Allahverdi oğlu fevralın 7-i saat 09:30 radələrində yaşadığı ünvandan çıxaraq gedib, geri qayıtmayaraq itkin düşüb.
Faktla bağlı Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinda araşdırma aparılır.

















