• Bakı 14° C

    2.18 m/s

Qarajdan 6 min manatlıq oğurluq edildi

HADİSƏ

21 Oktyabr 2022 | 10:34

Qarajdan 6 min manatlıq oğurluq edildi

Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə G.Şıxlinski küçəsində yerləşən bir qarajdan 6000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Kamran Vahabov və Elnur Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026