Azərbaycanda 381 mediator faəliyyət göstərir.
Bakkıvaxtı.az xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib.
Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
İllik məlumatda qeyd olunub ki, onlardan 109-u qadın, 272-si isə kişidir. Bakıda 210 nəfər, Naxçıvanda 7 nəfər, regionlarda isə 164 nəfər mediator fəaliyyət göstərir.
Sənəddə vurğulanıb ki, mediatorlardan 42.3%-nin ixtisası hüquqşünasdır. Eyni zamanda, dövlət qeydiyyatına alınmış mediasiya təşkilatlarından 44-ü mediasiya təşkilatları reyestrinə daxil edilib. Onlardan 17-si Bakı şəhərində, 2-si isə Gəncə şəhərində, digərləri Naxçıvan, Lənkəran, Şəki, Qazax, Cəbrayıl, Sabirabad, Tovuz, Qusar, Salyan, Samux, Sumqayıt, Mingəçevir, Goranboy, Yevlax, Qəbələ, Masallı, Bərdə, Quba, Abşeron, İsmayıllı, Ağsu, Ağdam, Şirvan, Göygöl, Ağcabədi rayonlarında yerləşir.