• Bakı 25° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

İki rayonda işıq olmayacaq

CƏMİYYƏT

20 Iyun 2025 | 08:51

İki rayonda işıq olmayacaq

Lənkəran və Lerikdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a “Azərişıq”dan bildirilib.

Məlumata görə. Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 10 kV-luq hava xətlərində 20 iyun tarixində təmir işləri aparılacaq.

    Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Lənkəranın şəhər ərazisində Raypo, Su 8 adlanan yaşayış məntəqələri, rayonun Girdəni kəndi, saat 14:00-dan 16:00-dək Gərmətük, Aşağı Nüvədi qəsəbələri, Viyən kəndi, saat 10:00-dan saat 15:00-dək Lerikin Babagil, Noda, Nüvədi, Vizəzəmin kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


    SON XƏBƏRLƏR