• Bakı 21° C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq

İQTİSADİYYAT

11 Iyun 2025 | 18:34

Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 24-də vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək.

Bakıvaxtı.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 5 daşınar əmlak çıxarılacaq. Bunlar, 2 avadanlıq və 3 nəqliyyat vasitəsidir.

Əmlakların start qiyməti 5 520 – 24 600 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.

Sifarişlər iyunun 19-na qədər qəbul olunacaq.


SON XƏBƏRLƏR

12 Iyun 2025