• Bakı 19° C

    1.75 m/s

Azərbaycanda yeni təhsil standartları hazırlanır

CƏMİYYƏT

02 Noyabr 2021 | 13:02 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda yeni təhsil standartları hazırlanır

Yeni təhsil proqramlarının və yeni standartların hazırlanması çox vacibdir, bunun üzərində iş gedir.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitə yanında İşçi Qrup tərəfindən hazırlanan "Ali təhsil haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, təhsil sahəsində yeni standartlar və tələblər hazırlanr: "Bununla bağlı müzakirələr aparılır. Təhsil sisteminin təkmilləşdirilməsi zəruridir və zamanın tələbidir".

B.Əliyev qeyd edib ki, “Ali təhsil haqqında” Qanunla bağlı yeni layihə işçi qrupu tərəfindən işlənib hazırlanıb: “Bu layihə dövlətimizin təhsil sahəsində keçirdiyi islahatların məğzinə tam uyğundur. Bu sənəd Azərbaycanda təhsilin rəqabətədavamlılığının artırılması üçün nəzərdə tutulub”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026