Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Qeyd olunub ki, 3,2 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla saat 21:47-də qeydə alınıb.
Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.
















