Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə göndəriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu ölkəyə 2 vaqon gübrə tədarük olunacaq.
Qatar saat 14:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Bakı 




