• Bakı 14° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Azərbaycanın ehtiyat fondundan 14,5 milyon manat xərclənib - HESABAT

CƏMİYYƏT

23 Aprel 2024 | 16:01

Azərbaycanın ehtiyat fondundan 14,5 milyon manat xərclənib - HESABAT

2024-cü ilin dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu üçün 300,0 milyon manat, dövlət büdcəsinin ehtiyat fondu üçün isə 110,0 milyon manat vəsait, cəmi 410,0 milyon manat vəsait nəzərdə tutulub.

Bu barədə Bakıvaxtı.az-a Maliyyə Nazirliyindən bildirilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsində ehtiyat fondlar üçün nəzərdə tutulmuş vəsaitdən müvafiq sərəncamlar əsasında 41,7 milyon manat (22,2 milyon manatı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan, 19,5 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondundan) ayrılıb. Həmin ayrılmış vəsaitin 14,5 milyon manatının maliyyələşməsi həyata keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait  ölkə ərazisində dini qurumlara maliyyə yardımının, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi, Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri üçün istifadə olunub.

Məlumatda bildirilib ki, dövlət büdcəsinin ehtiyat fondundan 2025-ci ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya Sərgisində Azərbaycan Respublikasının təmsil olunması ilə bağlı milli pavilyonun qurulması üçün tikinti işlərinin başlanılmasına, 0,9 milyon manatı isə digər tədbirlərin icrasına yönəldilib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

03 May 2024