• Bakı 28° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Sumqayıtda Elməddin Abbasovla vida mərasimi keçirilir

CƏMİYYƏT

23 May 2024 | 13:07

Sumqayıtda Elməddin Abbasovla vida mərasimi keçirilir

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elməddin Şirxan oğlu Abbasovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Elməddin Şirxan oğlu Abbasov 1975-ci il fevralın 2-də Cəbrayıl rayonunun Nüzgar kəndində anadan olub. O, 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Yanşaq kəndi) itkin düşüb.

E.Abbasov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.


SON XƏBƏRLƏR

15 Iyun 2024