• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Azərbaycanlılar Türkiyədə 10 minə yaxın mənzil alıblar

İQTİSADİYYAT

15 Aprel 2024 | 16:57

Azərbaycanlılar Türkiyədə 10 minə yaxın mənzil alıblar

Türkiyədə son illərdə mənzil alan Azərbaycan vətəndaşlarının sayı artıb.

Bakıvaxtı.az xəbər verir ki, son 9 ildə Azərbaycan vətəndaşları Türkiyədə 10 minə yaxın mənzil alıb.

Qeyd edək ki, mənzil alışlarında 2018-ci ildən sonra daha çox artım müşahidə edilib. Rekord nəticə 2021-ci ildə qeydə alınıb.

Məlumata görə, 2024-cü ilin ilk iki ayında Azərbaycan vətəndaşları Türkiyədə 112 ədəd mənzil alıblar.

İllər üzrə Azərbaycan vətəndaşlarının Türkiyədə aldıqları mənzillərin sayı aşağıdakı kimi olub:Modern.az

2015-ci il - 815 ədəd
2016-cı il - 610 ədəd
2017-ci il - 942 ədəd
2018-ci il - 1250 ədəd
2019-cu il - 1191 ədəd
2020-ci il - 1279 ədəd
2021-ci il - 1517 ədəd
2022-ci il - 1330 ədəd
2023-cü il -  832 ədəd


SON XƏBƏRLƏR