• Bakı 15° C

    3.49 m/s

“Azərişıq” Kəlbəcərdəki hərbi hissələrə işıq çəkir - VİDEO

CƏMİYYƏT

19 Fevral 2022 | 18:01 | Müəllif: Subhan Mahmudov

“Azərişıq” Kəlbəcərdəki hərbi hissələrə işıq çəkir - VİDEO

“Azərişıq” ASC Kəlbəcərdə yerləşən N saylı hərbi hissələri elektrik enerjisi ilə təchiz etməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, videokadrlardan səhmdar cəmiyyətin Kəlbəcər rayonundakı “Alagöllər” ərazisində qarlı və şaxtalı havada elektrik enerjisi xətlərinin çəkilişi ilə məşğul olduğu görünür.

Qurum əməkdaşları bildirir ki, hava şəraitinin qeyri-sabit olmasına baxmayaraq 35KV-luq xətlərin montajı prosesi həyata keçirilir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin elektrik enerjisi ilə təchizatı “Azərişıq Qarabağda” layihəsi çərçivəsində həyata keçirilir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026