• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Yaxın 2 gündə... - Gözlənilən ŞAD XƏBƏR

CƏMİYYƏT

21 Mart 2022 | 13:59

Yaxın 2 gündə... - Gözlənilən ŞAD XƏBƏR

Martın 21-də və yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin ötən günlərlə müqayisədə bir qədər mülayimləşəcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, günorta saatlarında yağmursuz hava şəraiti gözlənilsə də, gecəyə doğru azyağıntılı olacağı ehtimal olunur.

Direktor bildirib ki, martın 22-si gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək, 23-24 mart isə cənub-şərq küləyi ilə əvəzlənəcək:

"Havanın temperaturu 6-8 dərəcədən yüksək olmayacaq. Bölgələrdə isə yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə sulu qar və qar yağacaq. Lakin yağıntıların intensivliyi martın 22-23-nə nisbətən zəifləyəcək. Havanın temperaturu bəzi rayonlarda 10 dərəcə isti, dağlarda isə 5-8 dərəcə şaxta olacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026