Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun adını daşıyan nəvəsi üçün bahalı "Mercedes Viano” markalı maşın alınaraq, Türkiyədə daha lüks yığdırılıb, komfortlaşdırılıb. Hətta içində "unitaz"ı olan lüks maşında nəvə Ziyanın görüntüləri tanınmış türk iş adamı Erbakan Malkoç tərəfindən "Instagram"da paylaşılıb.
Bakıvaxtı.az xəbər verir ki. məsələ ilə bağlı "qaynarinfo"ya açıqlama verən Ziya Məmmədov jurnalistləri boş-boş işlərlə məşğul olmaqda günahlandırıb: "Nə boş-boş işlərlə məşğulsunuz? Sizin işiniz-gücünüz yoxdur? Dünya doludur maşınla".
Qeyd edək ki, bu barədə ilk məlumatı "qafqazinfo" saytı yayıb. Görüntüləri sosial mediada paylaşan Erbakan Malkoç qeyd edib ki, maşın Ziyanın öz seçimi ilə yığılıb. Uşaq avtomobili bəyəndiyini deyib.
Erbakan Malkoç "Mercedes Viano” markalı maşınları xüsusi şəkildə sifarişlə yığıb satan böyük firmanın rəhbəridir. Onun sifarişlərinə daha çox ərəb şeyxləri, milyarderlər maraq göstərirlər.
Onu da qeyd edək ki, Ziya Anar Məmmədovun oğludur. O, sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə ilə evlidir.
***
11:25
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov oğlu Ziya üçün xüsusi maşın yığdırıb.
Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu əks etdirən görüntüləri tanınmiş türk iş adamı Erbakan Malkoç instaqramda paylaşıb.
E. Malkoç qeyd edib ki, bu maşın Ziyanın öz seçimi ilə yığılıb. Uşaq maşını bəyəndiyini deyib.
Qeyd edək ki, E. Malkoç “Mercedes Viano” markalı maşınları xüsusi şəkildə sifarişlə yığıb satan böyük firmanın rəhbəridir. Onun sifarişlərinə daha çox ərəb şeyxləri, milyarderlər maraq göstərirlər.
A. Məmmədov sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə ilə evlidir.
Həmin görüntüləri təqdim edirik:

















