• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Müharibədən sonra Azərbaycanın bu ölkələr üçün önəmi daha da artıb“

CƏMİYYƏT

20 May 2022 | 13:27

"Müharibədən sonra Azərbaycanın bu ölkələr üçün önəmi daha da artıb“

"Bu yaxınlarda Litva Respublikasının Prezidenti və onun xanımı ölkəmizdə rəsmi səfəri çox səmərəli, faydalı bir səfər adlandırmaq olar".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib. 

O qeyd edib ki, ümumiyyətlə Azərbaycanın dövlət başçısının həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, Baltik ölkələrindən olan Litva ilə ölkəmiz arasında xoş münasibətlər qurulub: "Bu son səfər bu münasibətləri daha da möhkəmləndirdi. Xüsusi vurğulamaq istərdim ki, Avropa Birliyinə (AB) daxil olan doqquz ölkə ilə Azərbaycan arasında ikitərəfli strateji əməkdaşlıq sazişi mövcuddur. Möhtərəm Prezidentimizin sözləri ilə ifadə etsək AB-nə daxil olan ölkələrin 30 faizi, yəni 1/3-ilə belə bir saziş imzalanıbdır. Bu çix böyük nailiyyətdir".

M.ibrahimqızı deyib ki,  Prezident İlham Əliyevin müdrik, uzaqgörən və zəngin diplomatiyasının sayəsində Azərbaycan ötən illər ərzində beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi təsdiq edibdir: "Dövlət başçısının apardığı siyasətin uğurlu nəticəsidir ki, ölkəmiz Avropanın ən önəmli enerji təminatçılarından biridir. Eyni zamanda nəqliyyat-loqistik layihələr baxımından hədsiz sərfəli tranzit ölkədir.

Sözsüz  ki, Azərbaycanın iqtisadi, siyasi, humanitar baxımdan önəmi 44 günlük Vətən müharubəsində qazandığımız möhtəşəm qələbədən sonra daha da artıbdır. Bölgədə dünyanın çağırışlarına cavab verə biləcək yeni reallıqlar yaranıbdır. İşğaldan azad olunmuş Qarabağ torpağında nüfuzlu və inkişaf etmiş ölkələrlə birgə meqa layihələr həyata keçirilir. Bu isə Azərbaycanı xarici ölkələr üçün daha cəzbedici və önəmli edir. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə həm də çox böyük və beynəlxalq səviyyəli və əhəmiyyətli nəqliyyat infrakstrukturu qurulur. Dünya standartlara cavab verən hava limanı tikilir, həm dəmir yol xətti inşa edilir və həm də avtomobil yolları qurulur.
Zəngəzur dəhlizi isə dünyanın nəqliyyat xəritəsinin ən önəmli yeni marşurutu olacaqdır. Möhtətəm Prezidentimizin Litva Prezidenti ilə birgə keçirilən mətbuat konfransında verdiyi mükəmməl bəyanat həqiqətən də qürurverici idi. O çıxışında istər ötən dövrü, istərsə postmüharibə dövrünü təhlil edərək Azərbaycanın bölgə və Avropa üçün əhəmiyyətini vurğulamaqla, yenə də təcavüzkar Ermənistanın dayanıqlı sülhün və inkişafın bərqərar olmasına maneçiliklər törətməsinə də toxundu".
Deputat bildirib ki, Prezident İ.Əliyev Ermənistandakı revanşist qüvvələrinin və ona dəstək verənlərin bugün də təxribat əməllərindən əl çəkmədiklərini və beynəlxalq təşkilatların, eləcə də Avropa Birliyi ölkələrinin Ermənistana təzyiq etmələrini zəruri olduğunu vurğulayıb: "Bu mənada dost Litva Respublikası da öz səlahiyyət və imkanlarından istifadə edərək Ermənistana  təzyiq etməklə Qafqaz bölgəsinim əmin-amanlıq, stabillik və rifahının təmin olunmasına dəstək verə bilər.
Bütövlükdə qeyd etmək istərdim ki, Litva Respublikaslnın Prezidentinin ölkəmizə səfəri çox faydalı və səmərəli keçdi. Biz bunu hər iki fövlətin başçısının həm mətbuat konfransında həm də biznes forumda etdikləri çıxışlardan da bir daha şahidi olduq. Dost Litva Respublikasının Prezidentinin Azərbaycana bu rəsmi səfəri hər iki ölkə arasında əlaqələri gücləndirməklə bərabər həm də Azərbaycan Avropa Birliyi arasındakı əməkdaşlığın da güclənməsi deməkdir". 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR