• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bakıda polis yanğında tüstüdən zəhərlənən vətəndaşı xilas edib - VİDEO

CƏMİYYƏT

20 May 2022 | 12:10 | Müəllif: Subhan Mahmudov

Bakıda polis yanğında tüstüdən zəhərlənən vətəndaşı xilas edib - VİDEO

Ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı bir nəfər vətəndaş tüstüdən zəhərlənərək evdə huşsuz halda qalıb.

Bakıvaxtı.az xəbər verir ki, köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etmək üçün Nəsimi RPİ-nin əməkdaşı polis serjantı Elnur Əhmədov həyatını təhlükə altına ataraq onu xilas etmək üçün yanğın baş verən mənzilə daxil olub.

Polis əməkdaşının şücaəti nəticəsində vətəndaşın həyatı xilas edilib və o, hadisə yerində olan təcili yardım stansiyasının həkimlərinə təhvil verilib.


Bakıda polis yanğında tüstüdən zəhərlənən vətəndaşı xilas edib - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026