• Bakı 17° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

"Azəristiliktəchizat"ın debitor borcları 35 milyon manata yaxınlaşıb

CƏMİYYƏT

27 Oktyabr 2025 | 16:16

Azəristiliktəchizatın debitor borcları 35 milyon manata yaxınlaşıb

Hesablama Palatasının auditinə əsasən, "Azəristiliktəchizat" ASC-nin debitor borcları 2023-cü il yanvarın 1-nə 20,7 milyon manat olduğu halda, 2025-ci il aprelin 1-nə 34,5 milyon manata yüksəlib.

Bakıvaxtı.az bu barədə Palataya istinadən xəbər verir.

Satışdan gəlirlərin yığım səviyyəsi hesabat illərinin əvvəlinə olan borclar nəzərə alınmadan ümumilikdə 86-90 % təşkil etsə də, bütün borclar nəzərə alındıqda bu göstərici 40-45 % arasında dəyişib.

Əhali istehlakçı qrupu üzrə isə yığım səviyyəsi daha aşağı – 20-25 % intervalında olub.


SON XƏBƏRLƏR