• Bakı 12° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

“Azersun Holding” yeni layihələr həyata keçirməyə davam edir

CƏMİYYƏT

26 Noyabr 2025 | 12:55

“Azersun Holding” yeni layihələr həyata keçirməyə davam edir

Ətraf mühitin qorunması və resurslardan səmərəli istifadə “Azersun Holding”in korporativ strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə öz istehsalat müəssisələrində Günəş Enerjisi Sistemlərinin (GES) qurulması layihəsinə start verib.

Hazırda həm Biləsuvar Konserv Zavodunda, həm də Bakı Qida və Yağ Fabrikində GES-in quraşdırılması işləri həyata keçirilir. Layihə çərçivəsində Yağ Fabrikində 3,5 MW/saat, Biləsuvar Konserv Zavodunda isə 2,5 MW/saat gücündə sistemlərin qurulması davam edir.

“Azersun Holding” tərəfindən həyata keçirilən bu layihələr şirkətin karbon izinin azaldılması, enerji effektivliyinin artırılması və dayanıqlı inkişaf strategiyasının reallaşdırılmasına mühüm töhfə verəcək.

Qeyd edək ki, bununla bərabər adıçəkilən şirkətlər qrupu su ehtiyatlarından səmərəli istifadə istiqamətində də silsilə layihələr həyata keçirməkdədir.


SON XƏBƏRLƏR

25 Noyabr 2025