• Bakı 15° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması yolunda uğurla irəliləyir

DÜNYA

18 Dekabr 2024 | 16:13

Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması yolunda uğurla irəliləyir

Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir, bu, həm də Moskvanın səyləri sayəsində mümkün olub.

Bakıvaxtı.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə deyib.

"Qərbin dağıdıcı fəaliyyətinin əksinə olaraq Rusiya Cənubi Qafqaz regionunda qurucu tədbirlər həyata keçirir. Əsasən dövlətimizin səyləri sayəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşması yolunda uğurla irəliləməsi göz qabağındadır", - o qeyd edib.

V.Gerasimovun sözlərinə görə, hazırda Azərbaycanın Qazax rayonu və Ermənistanın Tavuş vilayəti arasında dövlətlərarası sərhəd xəttinin "ən mürəkkəb hissələrindən birinin" demarkasiyası başa çatıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025