• Bakı 15° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.0781

Bakıda bu ərazidə söküntü işlərinə başlanılacaq

CƏMİYYƏT

21 Aprel 2025 | 16:26

Bakıda bu ərazidə söküntü işlərinə başlanılacaq

Xətai rayonu Oksigen küçəsi, ev 1 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı bina söküləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov deyib.

O bildirib ki, söküləcəyi nəzərdə tutulan bina ikimərtəbəlidir.

"Binada 31 ailə yaşayır. Artıq 8 ailənin köçürülməsi ilə bağlı razılığa gəlinib", - deyə o qeyd edib.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.


SON XƏBƏRLƏR