• Bakı 17° C

    9.57 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Travmaların müalicəsində vacib məqamlar – həkim məsləhətləri

CƏMİYYƏT

21 May 2025 | 15:16

Travmaların müalicəsində vacib məqamlar – həkim məsləhətləri

Travmaların müalicəsi zamanı bir neçə vacib məqama diqqət yetirmək lazımdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi Nizami Məmmədov canlı yayımda danışıb.

Onun sözlərinə görə, əgər sümük dəri xaricinə çıxmayıbsa və qanaxma yoxdursa, belə sınıqları ev şəraitində müalicə etmək mümkündür.

“Əgər göyərmə və qanaxma müşahidə olunursa, mütləq həkimə müraciət etmək lazımdır”, – deyə o vurğulayıb.

Baş həkim həmçinin bildirib ki, buzun ağrıkəsici effekti olduğundan, travma zamanı ilk müdaxilə olaraq buz tətbiq etmək faydalıdır.

“Ancaq buzun birbaşa dəriyə toxunması məsləhət deyil. Buzu parça və ya dəsmala bükərək travma nahiyəsinə qoymaq lazımdır”, – deyə Nizami Məmmədov əlavə edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR