Yumşaq korsetlər əzələlərin zəifləməsinə, yumşalmasına və digər ciddi problemlərə yol aça bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi Nizami Məmmədov canlı yayımda danışıb.
Onun sözlərinə görə, skoliozun 2-ci və 3-cü mərhələlərində korset istifadəsi qaçılmazdır:
“Bu mərhələdə bərk korsetlərdən istifadə edilir və onlar əzələlərə zərər vermir. Ancaq yumşaq korsetlər əksinə, müxtəlif problemlərə səbəb ola bilər”, – deyə baş həkim bildirib.
Həkim əlavə edib ki, korset istifadəsi mütləq mütəxəssis nəzarəti altında olmalıdır.
Mina Mikayılova