Skolioz ən çox yeniyetməlik dövründə özünü göstərir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi Nizami Məmmədov canlı yayımda danışıb.
Onun sözlərinə görə, skoliozun müalicəsi ilk mərhələdə konstruktiv üsullarla – üzgüçülük və digər idman növləri vasitəsilə həyata keçirilir.
“Əgər skoliozda irəliləyiş müşahidə olunarsa, korset istifadəsinə başlanılır. Yenə də vəziyyət ağırlaşarsa, cərrahi müdaxilə tələb oluna bilər”, – deyə baş həkim bildirib.
Mina Mikayılova