Bakıda 8-ci sinif şagirdi vəfat edib.
Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxtın 308 nömrəli tam orta məktəbinin şagirdi Paşayev Ramal İlqar oğlu ötən gün dünyasını dəyişib.
Məlumata görə, P.Ramalın bir müddət öncə səhhətində problem yaranıb. Onun özəl xəstəxanaların birində əməliyyat zamanı komaya düşdüyü və ayılmadığı bildirilir.
Qeyd edək ki, dünən daha bir məktəbli dünyasını dəyişib. Belə ki, Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Vüsal Dadaşzadə qəflətən vəfat edib.
Onun səhhətinin bir neçə dəqiqə içində kəskin pisləşdiyi, qan qusduğu və az sonra dünyasını dəyişdiyi bildirilib.
















