• Bakı 12° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Baş həkim intihara cəhd edib? - DİN-dən AÇIQLAMA

CƏMİYYƏT

27 Sentyabr 2022 | 15:57

Baş həkim intihara cəhd edib? - DİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə Masallı rayonunda yerləşən Vərəm Dispanserinin baş həkimi Mirrəhim Nəbiyevin damarlarını kəsərək intihara cəhd etməsi barədə məlumatlar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatlarda M.Nəbiyevin sələmçilər tərəfindən şantaj edildiyi, ondan külli miqdarda faiz tələb edildiyi və bu səbəbdən həyatına qəsd etdiyi bildirilib. Həmçinin onun Nadirov soyadlı iki qardaş tərəfindən 1 gün müddətində girov saxlanıldığı və bundan sonra özünə qəsd etdiyi qeyd edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev Bakıvaxtı.az-a bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır: 

“Həmin şəxsin dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya qəbul edilməsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Vəziyyəti ağır olduğundan o, Bakıdakı tibb müəssisələrindən birinə aparılıb. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır. Təfərrüatlar həmin şəxsin dindirilməsindən və araşdırma aparıldıqdan sonra məlum olacaq”. 


SON XƏBƏRLƏR

28 Mart 2024