• Bakı 13° C

    1.31 m/s

Bakıda DƏHŞƏT: Qadın müğənni başı kəsilərək qətlə yetirildi- YENİLƏNİB

HADİSƏ

16 Oktyabr 2023 | 15:25 | Müəllif: Subhan Mahmudov

Bakıda DƏHŞƏT: Qadın müğənni başı kəsilərək qətlə yetirildi- YENİLƏNİB

Bakıda qətlə yetirilən Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş.

Bakıvaxtı.az xəbər verir ki, o, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.

Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov Y.Nərimanın başını kəsərək küçəyə atıb./report

 

14:22

Oktyabrın 15-də saat 15 radələrində paytaxtın Nizami rayonunda evlərin birində 1985-ci il təvəllüdlü Həşimova Yaqut Himayət  qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1984-cü il təvəllüdlü Həşimov Anar Malik oğlu könüllü olaraq polisə gələrək təslim olub. O, saxlanılıb. 

İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib. 

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR