• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gədəbəydə Ermənistanla həmsərhəd ərazidəki yanğın söndürüldü - YENİLƏNİB

HADİSƏ

14 Noyabr 2023 | 00:40

Gədəbəydə Ermənistanla həmsərhəd ərazidəki yanğın söndürüldü - YENİLƏNİB

Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığında dağlıq ərazidə quru otluq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Əlavə məlumat veriləcək.
 

13 noyabr 19:45

Azərbaycanın Ermənistanla sərhəddə yerləşən Gədəbəy rayonu, Novoivanovka kəndinə yaxın ərazidə baş verən yanğın zamanı mina partlayıb.

Bakıvaxtı.az xəbər verir ki, yanğın hələ də davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları, canlı qüvvəsi və digər qurumların əməkdaşları cəlb olunub.

Yanğın həmsərhəd ərazidə baş verdiyindən, həmçinin mina təhlükəsi nəzərə alınaraq yanğına tam müdaxilə etmək hələlik mümkün olmayıb. Amma alovun Novoivanovka kənd ərazisinə keçməməsi və təhlükənin artmaması üçün tədbirlər görülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026