• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

4 il əvvəl olan oğurluğa görə 3 nəfər TUTULDU

HADİSƏ

13 Dekabr 2023 | 10:56

4 il əvvəl olan oğurluğa görə 3 nəfər TUTULDU

Goranboyda oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabr ayında quldurluq etdiyinə görə saxlanılan Ümid Məmmədovun ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər bir cinayət əməli də aşkarlanıb. Araşdırmalar zamanı məlum oub ki, Ü. Məmmədov 2019-cu ilin oktyabr ayında digər həmyerliləri İftixar Qurbanov və Vüsal İsgəndərli ilə cinayət əlaqəsinə girərək rayonun Qızılhacılı qəsəbə sakininin evinə qeyri-qanuni yolla daxil olaraq oradan içərisində 6450 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi və təhlükəsizilik kamerasının yaddaş qurğusunu oğurlayıb.  

Dindirilmə zamanı şübhəli şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


4 il əvvəl olan oğurluğa görə 3 nəfər TUTULDU
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026