• Bakı 22° C

    8.74 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Bakıda enerji zirvəsi: Dayanıqlı gələcək naminə qlobal tərəfdaşlıq

İQTİSADİYYAT

02 Iyun 2025 | 17:35

Bakıda enerji zirvəsi: Dayanıqlı gələcək naminə qlobal tərəfdaşlıq

"Bakı Enerji Həftəsi" sayca 30-cu tədbirdir, yəni bir növ yubiley tədbiridir.

Bunu Bakıvaxtı.az-a iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, tədbirə  Prezident İlham Əliyevin göndərdiyi müraciətdə bir daha xatırlanıb ki, Azərbaycan qlobal enerji bazarında bu sahədə təhlükəsizliyin təmin olunmasında, şaxələnmənin genişlənməsində və bunun həyata keçirilməsində mühüm etibarlı tərəfdaş mövqeyində çıxış edir:

"Bu, özünü "Bakı Enerji Həftəsi"nin artıq 30-cu dəfə keçirilməsi ilə də biruzə verir. Azərbaycan hazırda 12 ölkəyə mavi yanacaq ixrac edir. Bunun 10-u Avropa ölkəsidir. Rusiya-Ukrayna müharibəsinin davam etdiyi üç il ərzində 10 ölkənin qaz təchizatında Bakı ən həlledici rol oynayır. Gələcəkdə bu ölkələrin sayının daha da artacağı gözlənilir. Bu da özünü Avropa dövlətlərinin ölkəmizə diqqətinin, rəğbətinin getdikcə artmasında göstərir”.

Müsahibimiz xatırladıb ki, Azərbaycan Avropa İttifaqı qarşısında öhdəlik götürüb ki, 2027-ci ilə qədər qaz təchizatını 2 dəfəyədək artırsın. Bu, çox mühüm göstəricidir. Nəzərə alsaq ki, ölkəmizin özünün də qaza təlabatı getdikcə artır, birdən-birə bir neçə ölkə qarşısında belə öhdəliyin götürülməsi olduqca əhəmiyyətlidir.

İqtisadçı diqqətə çatdırıb ki, Azərbaycanın qlobal enerji bazarında hazırki mövqeyi getdikcə daha da güclənməkdədir:

"Bu, Azərbaycanın dünyanın enerji xəritəsində oynadığı rolun, tutduğu mövqenin yaxında daha da möhkəmlənəcəyindən xəbər verir”.

Pərviz Heydərov: Azərbaycanın qlobal enerji bazarında mövqeyi getdikcə daha da güclənməkdədir

P.Heydərov qeyd edib ki, hazırda Azərbaycanın prioritet hədəflərindən biri də yaşıl enerji mənbələrindən istifadənin genişləndirilməsidir. Bu istiqamətdə də ölkəmiz önəmli addımlar atmaqdadır. Böyük investisiya yatırılır, işlər davam etdirilir:

“Ölkəmizdə yaşıl enerjinin inkişafı Avropa dövlətlərinin enerji ilə təchizatının daha genişlənəcəyinə, bu sahədə üzərimizə götürdüyümüz öhədliklərin tamamilə yerinə yetiriləcəyinə dəlalət edir".

Aydın Baxış


SON XƏBƏRLƏR

03 Iyun 2025