• Bakı 14° C

    2.37 m/s

Bakıda ev yandı

HADİSƏ

18 Noyabr 2023 | 17:08

Bakıda ev yandı

Bakı şəhərinin Qaradağ rayonunda ev yanıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin birinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları, bitişik, sahəsi 400 m² olan talvarın yanar konstruksiyaları 150 m² sahədə və yaxınlıqda, ümumi sahəsi 80 m² olan birmərtəbəli evin dam örtüyü 10 m² sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 40 m² sahədə və 2 ədəd plastik qapı əriyib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evlərin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026