Dekabrın 18-də saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib.
Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub.
Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
***
12:26
Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda qəm qazının sızması baş verib. Məktəblilər Saatlı rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./APA


jpg-1702895775.jpg)













