Türkiyədə ətir fabrikində yanğın baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, yanğın İzmir şəhərində yerləşən fabrikdə qeydə alınlb.
Hadisə nəticəsində fabrikdə 1 nəfər ölüb, 3 işçi yaralanıb.
Yanğın bir saat ərzində nəzarətə götürülüb.
Yaralılar xəstəxanaya aparılıb.
Bundan başqa, zavodun həyətində olan avtomobil yararsız hala düşüb. Yanğının baş vermə səbəbləri araşdırılır.
Günəş Mərd

















