• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bir ailənin 5 üzvü dəm qazından ZƏHƏRLƏNDİ - YENİLƏNİB

HADİSƏ

16 Yanvar 2024 | 19:35 | Müəllif: Subhan Mahmudov

Bir ailənin 5 üzvü dəm qazından ZƏHƏRLƏNDİ - YENİLƏNİB

Sumqayıtda dəm qazından ölən və zəhərlənən şəxslərin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, ölən şəxs 1958-ci il təvəllüdlü Sabir Süleyman oğlu Kazımovdur.

Dəm qazından zəhərlənənlər isə 1958-ci ildə Müxlisə Hacı qızı Kazımova,1999-cu il təvəllüdlü İlahə Əmrah qızı Kazımova, 2020-ci il təvəllüdlü Aleyna Rahib qızı Kazımova və 2022-ci il təvəllüdlü Anuro Rahib qızı Kazımovadır./report

 

18:29

Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün zəhərlənməsi barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

TƏBİB-dən Bakıvaxtı.az-a bildirilib ki, onlardan bir nəfərin 1958-ci il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

İkisi böyük olmaqla - 1958, 1999-cu il (qadın cinsli) təvəllüdlü şəxslər karbon oksidin (dəm qazının) toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Eyni diaqnozla 2020, 2022-ci il təvəllüdlü azyaşlılar (qadın cinsli) isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026