• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Rusiya Lvovu raket atəşinə TUTDU

HADİSƏ

15 Fevral 2024 | 09:35

Rusiya Lvovu raket atəşinə TUTDU

Ukraynanın Lvov şəhərinin Rusiya hərbçiləri tərəfindən raket atəşinə tutulması nəticəsində yaşayış binalarına ziyan dəyib, pəncərələrin şüşələri sınıb.

Bakıvaxtı.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Lvov şəhərinin başçısı Andrey Sadovoy bildirib.

Onun sözlərinə görə, raketlərin bəziləri şəhərə düşüb. Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.

Bildirilib ki, fevralın 15-də saat 5 radələrində Murmansk vilayətindəki Olenya hərbi aerodromundan altı “Tu-95” strateji bombardmançı təyyarəsi havaya qalxıb.

Təxminən səhər saat 5-də bir sıra bölgələrdə hava hücumu xəbərdarlığı elan edilib və sonradan Ukraynanın bütün ərazisinə yayılıb. Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Qara dənizdən “Kalibr” raketlərini buraxdığını bildirib.

Məlumata əsasən, səhər saat 8-dən sonra Kiyevdə partlayışlar baş verib. Dnepr və Zaporojyedə də yüksək səslə hava hücumundan müdafiə əməliyyatları aparıldığı bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026