• Bakı 18° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

 Bakıda binada lift qırılıb, 4 nəfər xəsarət alıb – 2-si uşaqdı - YENİLƏNİB

HADİSƏ

16 Yanvar 2024 | 21:27 | Müəllif: Subhan Mahmudov

Bakıda binada lift qırılıb, 4 nəfər xəsarət alıb – 2-si uşaqdı - YENİLƏNİB

16.01.2024-cü il tarixində saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata əsasən, dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Onlardan 2 nəfər böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.


20:53

Bakıda yaşayış binasında lift qırılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.

İlkin ehtimala görə dörd nəfər xəsarət alıb./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR