• Bakı 27° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Məktəbdən oğurluq edənlər SAXLANILDI

HADİSƏ

17 Yanvar 2024 | 09:21

Məktəbdən oğurluq edənlər SAXLANILDI

Yeni tikilən məktəbdən oğurluq edən Biləsuvar sakinləri saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Biləsuvar rayonunun Bəydili kəndində tikilməkdə olan yeni məktəb binasının anbarından müxtəlif vaxtlarda dəyəri 2300 manat olan məişət və təmir-tikinti avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.

    Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Alışan Əzizli, Zahid Babayev və Kamran Sadıqzadə müəyyən edilərək saxlanılıblar. Oğurlanan əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

    Bundan əlavə, şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki yaşayış evlərindən birindən oğurluq edən, digər bir evin həyətindən isə oğurluğa cəhd edən rayon sakini Pünhan Məmmədzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkarlanaraq götürülüb.

    Faktlarla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.


    Məktəbdən oğurluq edənlər SAXLANILDIMəktəbdən oğurluq edənlər SAXLANILDI
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    14 Sentyabr 2026