• Bakı 22° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

"Formula 2"də sıralama turu başa çatdı - YENİLƏNİB

FORMULA 1

10 Iyun 2022 | 17:30

"Formula 2"də sıralama turu başa çatdı - YENİLƏNİB

Bakıda "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, "Hitech Grand Prix" komandasından Yuri Vips ən yaxşı nəticəni göstərib. 

"Carlin"dən Liam Louson ikinci, "Prema Racing"dən Dennis Hauger üçüncü olub. Türkiyəli pilot Cem Bölükbaşı 21-ci yerlə kifayətlənib. 

*** 17:00

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sıralama turuna start verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün "Formula 2"də isə sərbəst yürüş və sıralama turu gerçəkləşəcək. Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq. Bu gün "Formula 1"də iki sərbəst yürüş keçiriib. İkinci sərbəst yürüşdə iki qəza baş verib. “Formula 2” yarışında 11 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir.

Ölkəmiz 2016-cı ildən “Formula 1” yarışlarına ev sahibliyi edir. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda Formula 1 və Formula 2 yarışları keçirilməyib. 2021-ci ildə isə yarışlar tamaşaçısız keçib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR