• Bakı 24° C

    15.6 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Bakıda "Formula 2" yarışının qalibi bəlli oldu

FORMULA 1

12 Iyun 2022 | 12:26

Bakıda Formula 2 yarışının qalibi bəlli oldu

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub. 

Bakıvaxtı.az-ın məlumatına görə, 29 dövrənin yekununda "Prema Racing"dən Dennis Hauger bütün rəqiblərini qabaqlayıb. 

"Carlin"dən Logan Sargeant ikinci, "MP Motorsport"dan Felipe Druqoviç üçüncü yeri tutub. Ümumilikdə 6 pilot yarışı sonadək davam etdirə bilməyib. 

*** 11:14

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 29 dövrənin yekununda qalib bəlli olacaq.

"Hitech Grand Prix" komandasından Yuri Vips sıralama turunda ən yaxşı nəticəni göstərmişdi. "Carlin"dən Liam Louson ikinci, "Prema Racing"dən Dennis Hauger üçüncü olub.

Qeyd edək ki, saat 15:00-da "Formula 1"də əsas yarışa start veriləcək və yekunda qalib müəyyənləşəcək.


SON XƏBƏRLƏR

05 Iyul 2025